"Fənərbaxça" Bakıda da uduzmadı
21.01.2015 - 19:25
"Fənərbaxça" Bakıda da uduzmadı

Azərbaycan Super Liqasının gümüş medalçısı “Azəryol” bu gün Çempionlar Liqasında növbəti oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi Voleybol Mərkəzində Türkiyənin “Fənərbaxça” klubunu qəbul edib.

 

Qarşılaşma komandamız üçün vacib əhəmiyyət daşısa da, voleybolçularımız məğlubiyyətdən qaça bilməyiblər. Pley-offa 2 vəsiqədən birini hələ ötən turdan təmin edən rəqib hər 3 setdə inamlı təsir bağışlayaraq, Bakı klubunda ikinci matçda da 3 xal alıb.

 

Düzdü, “Azəryol” birinci və üçüncü hissələrdə Çempionlar Liqasında mövsümün yeganə məğlubiyyət acısı yaşamayan komandasına ciddi müqavimət göstərib. Lakin yekunda rəqibin dəqiqliyi 5-ci sınağından da qalib ayrılmasını rəsmiləşdirib.

 

Lakin komandamız pley-off şansını hələ də qoruyur. “Fənərbaxça”nın 1-ci yerin sahibi kimi mərhələ adlayacağı dəqiqləşsə də, ona qoşulacaq klubun adına ya bu gecə, ya da son turda aydınlıq gələcək. Çünki bu gün keçiriləcək “Ştiinta” (Rumıniya) – “Nant” (Fransa) oyununda qonaqlar xal qazanmadan uduzarsa, “Azəryol”un pley-offa vəsiqəsi rəsmiləşəcək. Fransalılar qələbə qazanarsa, son turda “Azəryol”la qrup ikincisini müəyyənləşdirəcəklər.

 

 

Çempionlar Liqası

V tur

21 yanvar

“Azəryol” (Azərbaycan) – “Fənərbaxça” (Türkiyə) - 0:3 (20:25; 15:25; 24:26)

Hakimlər: Andrey Kovalçuk (Ukrayna), Kovar Vlastimil (Çexiya)

Bakı, Voleybol Mərkəzi

 

 

Yer

Komanda

O

Q

M

3:0

3:1

3:2

2:3

1:3

0:3

S

T

X

1.

Fənərbaxça

5

5

0

4

1

0

0

0

0

15-1

395-283

15

2.

Azəryol

5

3

2

2

0

1

0

1

1

10-8

399-383

8

3.

Nant

4

1

3

1

0

0

1

0

2

5-9

270-309

4

4.

Ştiinta

4

0

4

0

0

0

0

0

4

0-12

215-304

0