“Bakıdakı oyunlar çox faydalı oldu”
03.03.2014 - 10:07
 “Bakıdakı oyunlar çox faydalı oldu”
“Rabitə”yə hər iki qarşılaşmada uduzsaq da, matçların böyük hissəsində belə güclü rəqiblə bərabər oyun göstərdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri qadın voleybolçulardan ibarət “Tauron” klubunun baş məşqçisi Nikola Neqro deyib.

Polşa təmsilçisinin təcrübəli çalışdırıcısı komandasının qısa müddətli Bakı toplanışı və bu hazırlıq çərçivəsində “Rabitə” ilə baş tutan iki yoxlama oyununu dəyərləndirib: “Bu dəfə hər iki komanda qalib gələ bilərdi. Amma belə görüşlərdə nəticə ikinci dərəcəlidir. Əsas odur ki, biz yaxşı oynadıq. Dünyanın ən güclü komandalarından biri ilə qarşılaşmaq xeyrimizə oldu. Bakıdakı oyunların faydalı olduğunu düşünürəm. Vətənə qayıda kimi dərhal Polşa kubokunun final mərhələsinə hazırlıqlara davam edəcəyik”.

Qeyd edək ki, “Rabitə” rəqibini hər iki qarşılaşmada məğlub edib - 4:0 və 4:1.
 
0