“Əczaçıbaşı” Bakı hazırlıqlarına start verdi
27.02.2014 - 12:28
 “Əczaçıbaşı” Bakı hazırlıqlarına start verdi

Türkiyənin “Əczaçıbaşı” voleybol klubu Bakıda keçiriləcək Çempionlar Liqasının “Dördlər finalı”nın hazırlığına başlayıb. Apasport.az saytının məlumatına görə, yarımfinalda həmyerliləri “Vakıfbank”la qarşılaşacaq komanda təlim-məşq toplanışına İstanbulda start verib.

“Əczaçıbaşı” artıq yoxlama matçında da qüvvəsini sınayıb. Onlar “Yeşilyurt”la görüşdən 4:0 (25:11, 25:20, 25:20, 25:17) hesablı qələbə ilə ayrılıblar. İtaliyalı baş məşqçi Lorenzo Mikelli oyunda əsasən ehtiyatda qalan voleybolçulara şans verib.

Qeyd edək ki, “Dördlər finalı” martın 15-16-da keçiriləcək. Yarımfinal mərhələsinin digər cütündə isə “Rabitə” Kazan “Dinamo”su ilə oynayacaq.