“Görülən işləri yüksək səviyyədə qiymətləndiririk”
03.03.2014 - 13:51
 “Görülən işləri yüksək səviyyədə qiymətləndiririk”
“Görülən işləri yüksək səviyyədə qiymətləndiririk”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avropa Voleybol Konfederasiyasının (CEV) vitse-prezidenti Yan Xronik deyib.

Bu gün martın 15-16-da Bakıda keçiriləcək qadın voleybolçular arasında Çempionlar Liqasının “Dördlər finalı”na hazırlıqla bağlı mətbuat konfransı keçirilib. Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Andre Meyer və “Rabitə” klubunun prezidenti Cəlil Cəfərovla birlikdə jurnalistlərin suallarını cavablandıran Xronik bunları deyib: “Turnirə 7 min azarkeşin gəlməsi gözlənilir. Gözəl oyunların olacağına inanırıq. Turnir maraqlı mübarizə vəd edir”.