“Azərbaycan yığması layiqli qələbə qazandı”
12.07.2014 - 13:19
“Azərbaycan yığması layiqli qələbə qazandı”

“Bolqarıstanda hər iki oyunda qalib gəlmişdik. Bu dəfə də ilk iki setdə daha güclü olduq”. Apasport.az saytının məlumatına görə, bu sözləri qadın voleybolçulardan ibarət Bolqarıstan millisinin baş məşqçisi İvan Petkov deyib.

 

O bildirib ki, Avropa Liqasının Azərbaycanla Bakıdakı ilk oyununda qeydə alınan 2:3 hesablı məğlubiyyət oyuna görə olub: “Lakin bundan sonra həmin tempdə oynaya bilmədik. Azərbaycan millisi qələbəyə layiq oyun göstərdi. Bunun da nəticəsində qalib gəldi”.