“Azəryol” – “Fənərbaxça”: Kim neçə xal toplayıb?
21.01.2015 - 19:56
“Azəryol” – “Fənərbaxça”: Kim neçə xal toplayıb?

Qadın voleybolçular arasında Çempionlar Liqasının V turu çərçivəsində keçirilən “Azəryol” (Azərbaycan) – “Fənərbaxça” (Türkiyə) oyununun statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisinin 0:3 hesabı ilə uduzduğu qarşılaşmanın ən dəyərli voleybolçusu Madeleyne Montana olub.

 

“Fənərbaxça”nın şərəfini qoruyan kolumbiyalı ulduz komandasına 21 xal qazandırmaqla, bombardir adına da heç kimə güzəştə getməyib. “Rabitə”nin sabiq oyunçusu topu oyuna daxiletmədə də birinci olub.

 

“Azəryol”un heyətində isə serbiyalı cütlük məhsuldarlıq nümayiş etdirib. Komandamızın ən yaxşılarından olan Yelena Nikoliçlə Yovana Brakoçeviç hərəyə 13 xal toplayıblar.

 

Super Liqanın gümüş mükafatçısının digər oyunçularına gəlincə, Kseniya Pozniyak 8, Straşmira Filipova 6, Odina Bayramova 3, Lora Kitipova, Tabita Lovla Ceyran Əliyeva hərəyə 1 dəqiq zərbə vurublar.