“Azəryol” dəqiqləşdirdi
27.01.2014 - 12:47
“Azəryol” dəqiqləşdirdi

Qadın voleybolçular arasında CEV kubokunda mübarizəni davam etdirən “Azəryol”un “Çelenc raund”da oyunlarından birinin vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi Polşanın “Bank Fakro” klubunu fevralın 11-də qəbul edəcək.

 

Voleybol Mərkəzində baş tutacaq qarşılaşma saat 18:00-da başlayacaq.

 

Qeyd edək ki, ilk matç fevralın 4-6-da Polşada keçirilməli olsa da, tarix dəqiqləşməyib.