“Azəryol” slovakiyalıya əmanət
27.02.2014 - 10:51
“Azəryol” slovakiyalıya əmanət

Avropa Voleybol Konfederasiyası CEV kubokunun 1/2 final mərhələsinin cavab görüşlərini idarə edəcək hakimlərin adını açıqlayıb. Apasport.az saytının məlumatına görə, qurum “Azəryol”un Bakıda Türkiyə “Fənərbaxça”sı ilə qarşılaşmasını İqor Porvaznikə (Slovakiya) tapşırıb.

 

Martın 1-də baş tutacaq görüşdə ikinci hakim funksiyasını Tomas Murulo (Estoniya) yerinə yetirəcək. Voleybol Mərkəzində təşkil olunacaq oyun saat 17:00-da başlayacaq.

 

Qeyd edək ki, ilk matç “Fənərbaxça”nın 3:0 hesablı qələbəsi ilə başa çatıb.