“Azəryol” üçün bolqarıstanlı
03.02.2014 - 10:26
Qadın voleybolçular arasında CEV kubokunun “Çelenc raund” mərhələsinin ilk oyununu idarə edəcək hakimlər bilinib. Apasport.az saytının məlumatına görə, “Azəryol”un “Bank Fakro” ilə səfər qarşılaşmasında əsas fit sahibi bolqarıstanlı Kiril Stoyanov olacaq.
Fevralın 5-də Muşinada baş tutacaq görüşdə ikinci hakim funksiyasını Stefan Takayçvili (Gürcüstan) yerinə yetirəcək.
Qeyd edək ki, “Azəryol” Çempionlar Liqasında mübarizəni dayandırdığından CEV kubokunda gücünü yoxlayır.
0
0