[b]“Azəryol” üçün ilin ilk sınağı[/b]
03.01.2015 - 11:32
[b]“Azəryol” üçün ilin ilk sınağı[/b]

Bu gün Türkiyənin Antalya şəhərində qadın voleybolçular arasında təşkil olunan 1-ci Qloriya kubokuna start veriləcək. Apasport.az saytının məlumatına görə, 4 komandanın mübarizə apardığı yarışda Azərbaycanı voleybolumuzun flaqmanı “Azəryol” təmsil edəcək.

Azərbaycan Super Liqasında yaranan fasilədən yararlanıb, ölkə xaricinə üz tutan Bakı klubu 2015-ci ilin ilk sınağını qonşu ölkədə çıxacaq. Təmsilçimiz yarışın açılış oyununda Türkiyənin “Vakıfbank” klubu ilə görüşəcək. Bakı vaxtı ilə saat 19:00-da başlayacaq görüşdən 2 saat sonra meydana digər iki komanda çıxacaq. Həmin matçda Sloveniya “Maribor”u ilə İsveçrə “Volero”su üz-üzə gələcək.

Qeyd edək ki, turnirin oyunları Qlotiya İdman Kompleksində keçiriləcək.