“Bakıdakı cavab oyunu çox çətin olacaq. Şübhəsiz ki, biz çox güclü rəqiblə qarşılaşırdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Polşanın “Bank Fakro” klubunun baş məşqçisi Boqdan Servincki deyib.
Qadın voleybolçular arasında CEV kubokunun “Çelenc raund”unun ilk oyununda Azərbaycanın “Azəryol” klubunu 3:2 hesabı ilə məğlub edən polşalıların çalışdırıcısı nəticədən razı qalıb: “Rəqibimiz nə qədər güclü olsa da, cavab oyununda da bacarığımızı ortaya qoyacağıq. Bakıda da ilk matçda olduğu kimi oynamalıyıq. İnanırıq ki, rəqibi bir daha təəccübləndirə və “Azəryol”u Bakıda da məğlub edə bilərik. Əgər bunu bacarsaq, həqiqətən də bizim klub üçün uğur olacaq”.
Qeyd edək ki, “Azəryol” və “Bank Fakro” arasında cavab oyunu fevralın 11-də keçiriləcək.