“Azəryol”un oyununun vaxtı dəyişdirildi
03.02.2014 - 14:14
“Azəryol”un CEV kubokunun “Çelenc raund” mərhələsində “Bank Fakro” ilə ilk görüşünün başlama saatı dəyişdirilib. Apasport.az saytının məlumatına görə, Polşada baş tutacaq qarşılaşma nəzərdə tutulduğu vaxtdan gec başlayacaq.
Belə ki, Muşina təmsilçisi ilə fevralın 5-də olacaq oyunun Bakı vaxt ilə saat 21:00-da deyil, 23:30-da start götürməsi qərara alınıb.
Qeyd edək ki, ilk görüşünə çıxacaq “Azəryol” rəqibini fevralın 11-də qəbul edəcək.
0
0