“Azəryol”un Polşa səfərinin vaxtı bilindi
28.01.2014 - 10:11
“Azəryol” klubunun CEV kubokunun “Çelenc raund”unda ilk görüşünün vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Ancelo Vercesinin yetirmələri Polşada “Bank Fakro” ilə fevralın 5-də qarşılaşacaqlar.
Muşinada olacaq matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Qeyd edək ki, Bakıda olacaq cavab görüşünün fevralın 11-də olacağı bəlli idi.
0
0