Qadın voleybolçular arasında CEV kubokunun “Çelenc raund”unda “Azəryol” (Azərbaycan) – “Bank Fakro” (Polşa) görüşünün statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisinin 3:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada ən çox xal toplayan Cessika Consla Marqareta Kozux olub.
“Azəryol”un legionerləri hərəyə 15 xal toplayıblar. Vercesinin digər yetirmələrinə gəlincə, Odina Əliyeva 12, Anneris Varqas 8, Oksana Parxomenko ilə Çyara di Yulio hərəyə 5 və Polina Rəhimova 4 xal yığıb.
“Bank Fakro”nun heyətində isə İvana Plçotova fərqlənib. O, komandasının aktivinə 9 xal əlavə edib.
Qeyd edək ki, səfərdə 2:3 hesabı ilə uduzan “Azəryol” set fərqinə görə 1/2 finala yüksəlib.