Qadın voleybolçular arasında CEV kubokunun “Çelenc raund”unda Azərbaycanı təmsil edəcək “Azəryol”un rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Bakı klubu yarımfinala vəsiqə qazanmaq üçün Polşa “Bank Fakro”sunu məğlub etməlidir.
Belə ki, Çempionlar Liqasının uğursuzu kimi mübarizəyə birbaşa bu mərhələdən qoşulan təmsilçimizin təqibi polşalıların digər klubumuz “Lokomotiv”lə oyununda müəyyənləşməli idi. İlk oyunda qalib gələn Polşa klubu Bakıda 2 set qalib gəlməklə mərhələ adlayıb və “Azəryol”a rəqib olub.
Qeyd edək ki, bu raundun ilk oyunları fevralın 25-26-da, cavab görüşləri isə martın 1-2-də olacaq.