Bu gün Çempionlar Liqasının qrup mərhələsində növbəti oyunlar keçirilir. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionatının gümüş mükafatçısı “Azəryol”un rəqibləri də meydana çıxıb.
Belə ki, B qrupunun lideri Türkiyə klubu “Fənərbaxça” doğma azarkeşləri önündə Fransa “Nant”ı ilə üz-üzə gəlib. İstanbul təmsilçisi rəqibini meydana çıxmağa peşman edib. “Sarı bülbüllər” görüşdə hər üç seti də qazanmağı bacarıb.
Beləliklə, “Nant”ı 3:0 (25:15; 25:14; 25:14) hesabı ilə məğlub edən “Fənərbaxça” qrupda xalını 12-yə çıxarıb və növbəti 2 turun nəticəsindən aslı olmayaraq, pley-offa vəsiqə qazanıb. Çünki 3-cü pillədə qərarlaşan Fransa təmsilçisi son 2 görüşündə qələbə qazansa belə, Marçello Abbondanzanının yetirmələrinə çata bilməyəcək.
Qeyd edək ki, “Azəryol” səfərdə Rumıniyanın “Şiitinta” klubuna eyni hesabla qalib gəlib – 3:0.
Yer |
Komanda |
O |
Q |
M |
3:0 |
3:1 |
3:2 |
2:3 |
1:3 |
0:3 |
S |
T |
X |
1. |
Fənərbaxça |
4 |
4 |
0 |
3 |
1 |
0 |
0 |
0 |
0 |
12-1 |
319-224 |
12 |
2. |
Azəryol |
4 |
3 |
1 |
2 |
0 |
1 |
0 |
1 |
0 |
10-5 |
340-307 |
8 |
3. |
Nant |
4 |
1 |
3 |
1 |
0 |
0 |
1 |
0 |
2 |
5-9 |
270-309 |
4 |
4. |
Ştiinta |
4 |
0 |
4 |
0 |
0 |
0 |
0 |
0 |
4 |
0-12 |
215-302 |
0 |