“Bakıda növbəti sensasiyaya imza atacağıq”
06.02.2014 - 12:17
“Bakıda növbəti sensasiyaya imza atacağıq”

“Bu qarşılaşmada qalib gəlmək çox xoş idi. Lakin ən vacib olanı gələn həftə Bakıda keçiriləcək oyundur”. Apasport.az saytının məlumatına görə, bunu Polşanın “Bank Fakro” klubunun voleybolçusu Aleksandra Jaqyelo deyib.

 

Komandasının kapitanı CEV kubokunun “Çelenc raund”unda “Azəryol”la ilk oyunlarını şərh edib. O bildirib ki, 3:2 hesablı qələbə qazandıqlarından Bakıda keçiriləcək cavab görüşə yüksək əhval-ruhiyyədə çıxacaqlar: “Ümid edirik ki, həmin qarşılaşmada Bakıda növbəti sensasiyaya imza atacağıq. Cavab oyununa çox yaxşı köklənmişik. Bunun səfərdə də öz oyunumuzu göstərim, ilk matçdakı uğurun davamını gətirməyi hədəfləyirik”.

 

Qeyd edək ki, “Azəryol” – “Bank Fakro” oyunu fevralın 11-də olacaq.