“Avropanın ən yaxşısı olduğumuzu sübut etdiyimiz üçün xoşbəxtəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri qadın voleybolçulardan ibarət Rusiya “Dinamo”sunun (Kazan) baş məşqçisi Rişat Qilyazutdinov deyib.
Təcrübəli mütəxəssis Çempionlar Liqasının Bakıda keçirilən “Dördlər finalı”nda qalıb adını qazanmalarına münasibət bildirib: “Biz bundan sonra da azarkeşlərimizi qələbələrlə sevindirəcəyik. Komandamızı burada dəstəkləyənlərin hamısına təşəkkür edirəm. Təşkilatçılara da minnətdaram. Bizim üçün möhtəşəm gün oldu. Bakıdakı qələbəmizi heç vaxt unutmayacağıq”.
Qeyd edək ki, “Dinamo” finalda Türkiyə “Vakıfbank”ını 3:0 hesabı ilə məğlub edərək tarixində ilk dəfə Çempionlar Liqasının qalibi olub
- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq