“Bank Fakro” Bakıya qalib gəlir
10.02.2014 - 08:59
Qadın voleybolçular arasında Polşa çempionatında XVIII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində “Azəryol”un CEV kubokundakı rəqibi “Bank Fakro” “Lodz”u qonaq edib.
Qarşılaşmada Muşina təmsilçisi çətin qələbə qazanıb – 3:2 (16:25, 25:16, 25:17, 22:25, 15:13). Bu qələbə rəqibimizi 5-ci pilləyə yüksəldib.
Qeyd edək ki, ilk görüşdə “Azəryol”a 3:2 hesabı ilə qalib gələn polşalılar cavab matçına fevralın 11-də Bakıda çıxacaqlar.
0
0