“Bu gün “Rabitə” bizdən yaxşı oynadı”
16.03.2014 - 18:12
“Bu gün “Rabitə” bizdən yaxşı oynadı”

“Çox üzgünük. Bu gün yaxşı oynamadıq”. Apasport.az saytının məlumatına görə, bunu Türkiyənin “Əczaçıbaşı” klubunun voleybolçusu Əsra Gümüş deyib.

 

Təcrübəli voleybolçu Çempionlar Liqasının Bakıda keçirilən üçüncü yer uğrunda matçdan sonra fikirlərini açıqlayıb. Əsra bildirib ki, “Rabitə”yə 0:3 hesablı məğlubiyyətdə bir gün öncə yarımfinalda “Vakıfbank”a uduzmaları böyük rol oynayıb: “Dünən yarımfinala yaxşı başladıq, amma ardını gətirə bilmədik. Bu gün də “Rabitə” yaxşı oynadı. Onlar blokda, müdafiədə və servisdə səhvsiz çıxış etdilər. Biz isə hər 2 matçda setin sonlarında oyunumuzu itirdik. Amma “Dördlər finalı”na çıxmağımız da uğurdur. 54 komanda arasında 4-cü olduq”.