“Bu gün “Rabitə” çempionluğa layiq olduğunu oyunu ilə sübut etdi”
16.03.2014 - 18:30
“Bu gün “Rabitə” çempionluğa layiq olduğunu oyunu ilə sübut etdi”

“Biz “Dördlər finalı”na yaxşı hazırlaşmışdıq. Amma yarımfinalda Kazan “Dinamo” ilə görüşdə motivasiyamız çatmadı”. Apasport.az saytının məlumatına görə, bunu “Rabitə”nin baş məşqçisi Eldar Yusubov Çempionlar Liqasının üçüncü yer uğrunda “Əczaçıbaşı” ilə görüşündən sonra mətbuat konfransında deyib.

 

Çalışdırıcı bir gün öncə ağır məğlubiyyətdən sonra 3:0 hesabı ilə qalib gəlmələrinin səbəbini açıqlayıb: “Finala çixa bilmədikdən sonra komanda ilə demək olar heç bir söhbət etmədim. Bu gün səhər məşqi də keçmədim. Yalnız oyundan öncə qızları başa saldım ki, qızıl medal uğrunda görüşdə uduzmuşuqsa, bürüncü əldən verməməliyik. Görüşdə də tapşırıqlarımı lazımınca yerinə yetirdilər və yarışı üçüncü yerdə başa vurduq. Bu gün “Rabitə” çempionluğa layiq olduğunu oyunu ilə sübut etdi”.