“3:0 hesabı ilə qalib gəldiyimiz üçün sevinirik. Bu gün biz yaxşı oynadıq”. Apasport.az saytının məlumatına görə, bunu Kazanın “Dinamo” voleybol klubunun baş məşqçisi Rişat Gilyazitdinov deyib.
Təcrübəli mütəxəssis Çempionlar Liqasının yarımfinalında “Rabitə” üzərində qələbəni şərh edib: “Təşkilatçılığa görə hamıya təşəkkür düşür. Çünki hər şey yüksək səviyyədədir. “Rabitə” güclü komandadır. Lakin biz onları yaxı öyrənmişdik. Bugünki hesaba gəlincə, bu onların göstəricisi sayılmamalıdır. Sadəcə çox yaxşı oynadıq”.
Bakını super müasir şəhər adlandıran Gilyazitdinov 2 il öncə paytaxtımızda qazandıqları bürünc medal bu dəfə qızıla dəyişmək istəklərini ifadə edib: “Həmin vaxtda da “Dördlər finalı” Bakıda idi. Bu dəfə də elədir. Sabah finala kimi bərpa olunmağa vaxtımız var. Məqsədimiz çempion olmaqdır”.
Qeyd edək ki, “Dinamo” finalda “Vakıfbank”la oynayacaq.