"Finala yüksəldiyimiz üçün şadıq. Hər top uğrunda döyüşdük”. Apasport.az saytının məlumatına görə, bunu Kazan “Dinamo”sunun voleybolçusu Mariya Bordakova deyib.
Təcrübəli voleybolçu Çempionlar Liqasının yarımfinalında “Rabitə”yə 3:0 hesabı ilə qalib gəldikləri oyundan danışıb. Bordakova bildirib ki, bu hesablı qələbəni gösləmirlərmiş: “3:0 hesabı ilə qalib gələcəyimizi proqnozlaşdırmırdıq. Amma daha dəqiq olmağımız yekunda bu hesabla qalib gəlməyimizə səbəb oldu. Final oyununa köklənməyimiz lazımdır. Məqsədimiz qalib gəlməkdir”.
Qeyd edək ki, “Dinamo” sabah finalda “Vakıfbank”la qarşılaşacaq.