Qadın voleybolçular arasında CEV kubokunun “Çelenc raund”una yekun vurulub. Apasport.az saytının məlumatına görə, cavab görüşlərindən sonra yarımfinalçıların tam tərkibi müəyyənləşib.
Yarımfinala bir gün əvvəl Polşa “Ban Fakro”sunu məğlub etməklə yüksələn Azərbaycan təmsilçisi “Azəryol”un rəqibi İstanbulda müəyyənləşib. Türkiyə təmsilçisi “Fənərbaxça” Polşa “Agel”ini evdə də 3 setdə üstələyib. Bununla da İstanbul nəhəngi “Azəryol”a rəqib olub. Təmsilçimiz ilk matçı səfərdə keçirəcək. Digər cütdə isə Rusiya “Uraloçka”sə ilə Almaniya “Dresdner”i qarşılaşacaq.
12 fevral
CEV kuboku
Çelenc raund, cavab oyunları
“Fənərbaxça” (Türkiyə) - “Agel” (Çexiya) – 3:0 (25:20, 25:17, 25:15)
İlk oyun – 3:0
“Dresdner” (Almaniya) - “Ximik” (Ukrayna) – 1:3 (25:21, 21:25, 18:25, 23:25), Qızıl set – 18:16
İlk oyun – 3:1
“Dinamo-Romprest” (Rumıniya) - “Uraloçka” (Rusiya) – 3:2 (25:20, 24:26, 22:25, 25:21, 15:13)
İlk oyun – 0:3
Qeyd edək ki, yarımfinalın ilk oyunları fevralın 25-26-da, cavab matçları martın 1-2-də keçiriləcək.