Qadın voleybolçular arasında CEV kubokunun “Çelenc raund” mərhələsinin bütün cütləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasından aşağı düşən komandalar artıq rəqiblərini tanıyıblar.
Belə ki, Azərbaycanın “Azərreyl” və “Lokomotiv” klublarının mübarizəni dayandırdığı yarışda “Azəryol” çıxışını davam etdirəcək. Komandamız Kladio Kuellonun yetirmələrinə qalib gələn Polşa “Bank Fakro”su ilə qarşılaşacaq. Voleybolçularımız mərhələ keçəcəyi halda “Agel” (Çexiya) - “Fənərbaxça” (Türkiyə) cütünün qalibi ilə üz-üzə gələcək.
Bu mərhələnin ilk oyunları fevralın 25-26-da, cavab görüşləri isə martın 1-2-də olacaq.
Çelenc raund
“Agel” (Çexiya) - “Fənərbaxça” (Türkiyə)
“Bank Fakro” (Polşa) – “Azəryol” (Azərbaycan)
“Ximik” (Ukrayna) – “Dresdner” (Almaniya)
“Uraloçka” (Rusiya) – “Dinamo-Romprest” (Rumıniya)