"Rabitə"dən darmadağın, "Azəryol" "İqtisadçı"dan öndə - YENİLƏNİB
02.04.2014 - 18:42
"Rabitə"dən darmadağın, "Azəryol" "İqtisadçı"dan öndə - YENİLƏNİB

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında III dövrənin son turunun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, formal xarakter daşıyan XV tura “İqtisadçı” – “Telekom” matçı ilə start verilib.

 

Qarşılaşma “universitet komandası”nın asan qələbəsi ilə başa çatıb. “Telekom” ilk 2 dövrədə rəqibindən set almağı bacarsa da, bu dəfə 0:3 hesabı ilə uduzub.

 

Ardınca “İqtisadçı”nın pley-offdakı rəqibi “Azəryol” da çıxışını 3 xalla başa vurub. Ancelo Vercesinin yetirmələri “Lokomotiv”ə ilk setdə uduzsalar da, ardıcıl 3 hissədə qalib gəliblər.

 

“Rabitə” isə pley-offda üz-üzə gələcəyi “Azərreyl”in gücünü yoxlayıb. Matçda Eldar Yusubovun komandası “dəmiryolçular”ın hələ çox zəif olduğunu üzə çıxarıb. “Azərreyl” 3 setdə cəmi 41 xal toplamağı bacarıb.

 

Beləliklə, “Rabitə” aktivindəki xalın sayını 38-ə çatdırdığı halda “Azəryol” qələbə sayəsində ikinci yeri özünə təmin edib. Bu səbəbdən “İqtisadçı”nın əsas mərhələni üçüncü yerdə başa vuracağı da dəqiqləşib. Dövrənin son oyununa çıxan və məğlubiyyətə üzülən “Azərreyl”, “Lokomotiv” və “Telekom” isə müvafiq olaraq, son 3 pilləni tutublar. 

 

2 aprel
XV tur

“Azərreyl” – “Rabitə” - 0:3   (13:25; 13:25; 15:25)

İlk oyun: “Lokomotiv” – “Azəryol” - 1:3 (21:25; 25:22; 21:25; 21:25)

İkinci oyun: “Rabitə” – “Azərreyl” - 3:0 (25:17, 25:17, 25:20)


 

“İqtisadçı” – “Telekom” - 3:0   (25:22; 25:16; 25:18)

İlk oyun: “İqtisadçı” – “Telekom” - 3:1 (19:25, 25:15, 25:19, 25:19)

İkinci oyun: “Telekom” – “İqtisadçı” - 1:3  (16:25; 13:25; 25:23; 18:25)


 

“Lokomotiv” – “Azəryol” - 1:3   (25:23; 22:25; 24:26; 24:26)

İlk oyun: “Azərreyl” – “Rabitə” - 0:3 (27:29; 12:25; 15:25)

İkinci oyun: “Azəryol” – “Lokomotiv” - 3:1  (26:24; 23:25; 25:15; 25:18)

 

 

1

Rabitə

14

13

1

40-8

1174-934

38

2

Azəryol

14

12

2

37-22

1336-1253

31

3

İqtisadçı

15

9

6

34-26

1347-1270

28

4

Azərreyl

15

5

10

24-35

1244-1336

18

5

Lokomotiv

15

3

12

23-36

1160-1354

14

6

Telekom

15

1

14

13-44

1255-1351

3


Qeyd edək ki, XII turdan təxirə salınan “Rabitə” “Azəryol” görüşü aprelin 4-də oynanılacaq.