“İqtisadçı”nın voleybolçusu Vilavan Apinqyaponq Çempionlar Liqasında mübarizəni dayandırmalarını şərh edib. Apasport.az saytının məlumatına görə, komandasının kapitanı debütdəcə qitənin ən nüfuzlu klub turnirində pley-offa yüksəlmələrinə baxmayaraq, püşkün üzlərinə gülmədiyini deyib.
Hər 2 görüşdə Çempionlar Liqasının son qalibi “Vakıfbank”a 0:3 hesabı ilə uduzan Apinqyaponq məğlubiyyətlərinin səbəbini də açıqlayıb: “Bizim problemlərimiz çoxdur. Çünki indiki heyətimiz yeni formalaşıb. Bunun nəticəsində hələ də meydanda tam anlaşa bilmirik. Bizə bir yerdə daha çox vaxt keçirmək lazımdır. Belə olarsa, “Vakifbank” kimi komandalarla oyunlarda daha inamlı təsir bağışlayarıq”.