“Lokomotiv” daha 2 voleybolçu ilə yollarını rəsmən ayırıb. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” komandanın kapitanı, hücumçu Valdone Petrauskayte
və orta sahə oyunçusu Lauren Gibbemeyerlə müqaviləyə qarşılıqlı şəkildə xitam verib.
Belə ki, onlardan litvalı ümidləri doğrultmadığı üçün komandadan göndərilib. Gibbemeyer isə İtaliyadan gələn təklifdən sonra Bakı təmsilçisi ilə vidalaşıb. “Pesaro”dan “Lokomotiv”ə gələn amerikalı bu dəfə “Konegliano” ilə anlaşıb. O, artıq mövsümün sonuna kimi müqaviləyə də imza atıb.
Baş məşqçi Kladio Kuello onlardan öncə isə türkiyəli Gizem Giraygil (Türkiyə) və Uitni Dostinin (ABŞ) maraqlı olmamışdı.
Qeyd edək ki, Petreskautenin əvəzinə amerikalı Kessidi Lixtman transfer olunub.