“Mənim üçün çətin bir matç oldu”
16.03.2014 - 02:01
“Mənim üçün çətin bir matç oldu”

Türkiyənin “Vakıfbank” klubunun voleybolçusu Gizem Güreşen Bakıda keçirilən “Dördlər finalı”nın yarımfinalında “Əczaçıbaşı”ya 3:1 hesabı ilə qalib gəldikləri matçı şərh edib. Apasport.az saytının məlumatına görə, analoji yarışda ötən mövsümün ən yaxşı liberosu seçilən təcrübəli oyunçu bu uğuru finalda da davam etdirəcəklərini bildirib.

 

Zədədən yeni dönən Güreşən ona yardımçı olan komanda yoldaşlarına da təşəkkür edib: “Mənə zədəmi yeni sağaltdığım üçün çətin bir matç oldu. Amma həqiqətən çox gözəl oynadıq. Yenidən finalda oynamaq qürurvericidir. “Əczaçıbaşı”nı da təbrik edirəm. Yaxşı oyun nümayiş etdirdilər. Bu gün final oynayacağıq və ardından inşallah, kuboku bir daha Türkiyəyə aparacağıq”.

 

Qeyd edək ki, “Vakıfbank” bu gün finalda Kazan “Dinamo”su ilə oynayacaq.