[b]“Növbəti mövsümdən hər klubun heyətində 2 azərbaycanlı oynamalıdır”[/b]
16.03.2014 - 20:54
[b]“Növbəti mövsümdən hər klubun heyətində 2 azərbaycanlı oynamalıdır”[/b]


“Növbəti mövsümdən çempionatda mübarizə aparan hər klubun heyətində 2 azərbaycanlı voleybolçu oynamalıdır”. Bu sözləri Apasport.az saytına Azərbaycan yığmasının baş məşqçisi Faiq Qarayev deyib.

Bakıda təşkil olunan qadın voleybolçular arasında Çempionlar Liqasının “Dördlər finalı” turnirinin final matçından sonra əməkdaşımızın suallarını cavablandıran Qarayev bildirib ki, növbəti mövsümdən Super Liqanın reqlamentində dəyişiklik ediləcək. Onun sözlərinə görə, milli komandanın bazasını gücləndirmək məqsədilə çempionatda mübarizə aparan 6 klubun hər birinin heyətində 2 azərbaycanlı olmalıdır.

“Dördlər finalı” barədə də danışan Qarayev Avropa Voleybol Konfederasiyasının yarışın təşkilatçılığından razı qaldığını bildirib: “Rabitə”nin üçüncü yer tutmasını uğur sayıram”.