“Qala” dövrəni lider bitirdi
12.03.2014 - 13:23
“Qala” dövrəni lider bitirdi

Kişi basketbolçular arasında Azərbaycan çempionatının ilk dövrəsi başa çatıb. Apasport.az saytının məlumatına görə, Mingəçevir şəhərində baş tutan III turun oyunlarında sonra “Qala” liderliyini davam etdirib.

 

Belə ki, ilk 2 matçda qələbə qazanan Elxan Əliyevin yetirmələri bu dəfə “Cəlilabad” komandasından üstün olublar – 88:52. Turun digər görüşündə isə “Şəki” “Gəncə”ni 60:54 hesabı ilə məğlub edib.

 

Beləliklə, III turdan sonra “Qala” 6, “Cəlilabad” 5, “Şəki” 4 və “Gəncə” 3 xala malikdir.

 

Qeyd edək ki, ikinci dövrənin ilk turu martın 30-da Cəlilabad şəhərində keçiriləcək.