Kişi basketbolçular arasında Azərbaycan çempionatının ikinci dövrəsinə start verilib. Apasport.az saytının məlumatına görə, Cəlilabad şəhərində baş tutan IV turun oyunlarında sonra “Qala” liderliyini möhkəmlədib.
Belə ki, ilk 3 matçda qələbə qazanan Elxan Əliyevin yetirmələri bu dəfə “Gəncə” komandasını darmadağın ediblər – 114:48. Turun digər görüşündə isə ev sahibləri çətinliklə də olsa “Şəki”yə qalib gəliblər – 60:55.
Beləliklə, III turdan sonra “Qala” 8, “Cəlilabad” 7, “Şəki” 5 və “Gəncə” 4 xala malikdir.
Qeyd edək ki, növbəti turun oyunları aprelin 6-da Şəkidə keçiriləcək. Saat 12:00-da “Qala” “Cəlilabad”la, 2 saat sonra “Şəki” “Gəncə” ilə münasibətinə aydınlıq gətirəcək.