“Qələbə ilə geri qayıtdığımız üçün şadıq”
22.03.2014 - 12:06
“Qələbə ilə geri qayıtdığımız üçün şadıq”

Azərbaycan millisinin basketbolçusu Fuad Niftəliyev Qırğızıstanın paytaxtı Bişkekdə başa çatan “Novruz kuboku” ilə bağlı fikirlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, təcrübəli oyunçumuz çempion olduqları yarışda ciddi rəqabətlə üzləşmədiklərini bildirib.

 

Onun sözlərinə görə, “Novruz kuboku” sınaqdan keçirilən gənc basketbolçular da özlərini doğruldublar: “Yarış ərzində ən maraqlı oyunumuz Qırğızıstan komandası ilə oldu. Bu matçda əsl qırğın getdi. Bu komandanın cavan oyunçuları çox xoşuma gəldi. Onlar daima məşq etsə, hər şey əla olacaq. Biz də “Novruz kuboku”na çoxlu sayda gənc oyunçu gətirmişdik və onlar özlərini yaxşı göstərə bildilər. Qələbə ilə geri qayıtdığımız üçün şadıq”.