“Rabitə” ciddi itki ilə üzləşdi
07.04.2014 - 11:12
“Rabitə” ciddi itki ilə üzləşdi

Azərbaycan çempionu “Rabitə” ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi pley-off öncəsi Katarjina Skorupanın köməyindən məhrum olub.

 

Polşalı toppaylayıcı sağ əlindən ciddi zədə alıb. Voleybolçunun meneceri Yakub Dolata bildirib ki, Skorupa bugünlərdə Parisdə cərrahiyyə əməliyyatı keçirəcək: “Katarjina Azərbaycanda və Polşada müayinə olunub. Müayinə nəticəsində əməliyyatın qaçılmaz olduğu dəqiqləşib”.

 

Qeyd edək ki, növbəti 2 ildə də “Rabitə”nin şərəfini qoruyacaq Skorupa bu mövsümün pley-off və final mərhələlərində forma geyinə bilməyəcək.