“Rabitə” liderliyini möhkəmlətdi, “Azəryol” yenə xal itirdi
27.01.2014 - 09:45
“Rabitə” liderliyini möhkəmlətdi, “Azəryol” yenə xal itirdi

 

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında fasilə başa çatıb. Apasport.az saytının məlumatına görə, şənbə gün çempionatın II dövrəsinə start verilib.

 

VI turun yeganə qarşılaşmasında “Telekom” “Rabitə” ilə üz-üzə gəlib. Görüş son illərin dəyişməz ölkə çempionunun asan qələbəsi ilə başa çatıb. Onlar bu qələbə sayəsində xal ehtiyatını daha artıraraq, liderliyini möhkəmlədiblər.

 

Günün digər matçında IV turdan təxirə salınmış “Azəryol” – “İqtisadçı” oyunu da təşkil olunub. Gərgin keçən qarşılaşmada Ancelo Vercesinin yetirmələri yenə xal itiriblər. Lakin buna baxmayaraq, 3:2 hesablı qələbə “Azəryol”u turnir cədvəlində ikinci pilləyə yüksəldib.

 

25 yanvar

II dövrə

VI tur

“Telekom” – Rabitə - 0:3 (17:25, 15:25, 21:25)

IV turun təxirə salınmış oyunu

“Azəryol” – “İqtisadçı” – 3:2 (25:19, 25:19, 23:25, 13:25, 16:14)

 

 

Rabitə

5

5

0

15-1

407-304

15

Azəryol

5

4

1

13-9

485-485

10

İqtisadçı

4

3

1

11-6

484-242

9

Azərreyl

5

1

4

7-12

410-441

5

Lokomotiv

5

1

4

6-12

363-418

4

Telekom

6

1

5

5-17

445-502

2