“Rabitə” qonaqlara “dərs keçdi”
03.03.2014 - 09:39
“Rabitə” Polşanın “Tauron” klubu ilə 2 yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, qadın voleybolçular arasında Çempionlar Liqasının “Dördlər finalı”na hazırlıq məqsədilə polşalıları Bakıya dəvət edən paytaxt təmsilçisi hər iki qarşılaşmada rəqibindən üstün olub.
Hər iki matç 4 setdə qələbə qazanılana qədər davam edib. İlk qarşılaşmada qonaqlar quru hesabla uduzubsa, ikincidə 1 set sevinə bilib. “Rabitə” əvvəl 4:0 (25:23, 25:21, 25:15, 25:16), sonra isə 4:1 (25:15, 25:20, 19:25, 25:23, 15:10) hesabı ilə qalib gəlib.
0
0