Qadın voleybolçular arasında çempionlar liqasının Bakıda keçirilən “Dördlər finalı”nın ilk günündə baş tutacaq qarşılaşmaların hakimləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, yarımfinal matçlarında 4 ölkə təmsilçisi ədaləti qoruyacaq.
Saat 16:00-da başlayacaq “Vakıfbank (Türkiyə) – “Əczaçıbaşı” (Türkiyə) oyununda polşalı Pyotr Dudeklə almaniyalı Heyke Kraft hakimlik edəcək.
Azərbaycan çempionu “Rabitə”nin Rusiya “Dinamo”su (Kazan) ilə görüşündə 1-ci hakim rumıniyalı Dorin Mirel Zaharesku olacaq. Görüşün 2-ci referisi isə ispaniyalı Susana Rodriges Yativadır. Bu görüş isə 19:00-da başlayacaq.
Qeyd edək ki, “Dördlər finalı”nın oyunları “Kristal Hall”da keçirilir.