“Rabitə”nin kapitanı: Yeni müqavilədən danışmaq tezdir
19.03.2014 - 11:05
“Rabitə”nin kapitanı: Yeni müqavilədən danışmaq tezdir

“Hələ qarşıda bir ay var. Yeni müqavilə barədə nəsə demək tezdir”. Apasport.az saytının məlumatına görə, bunu “Rabitə”nin kapitanı Sanya Staroviç deyib.

 

2008-ci ildən Bakı klubunun şərəfini qoruyan, bu komanda ilə 5 dəfə Azərbaycan və 1 dəfə dünya çempionatının qalibi olan serbiyalı hücumçu gələcək karyerası barədə danışıb. Belə ki, “Rabitə”nin bir sıra aparıcı voleybolçuları ilə yeni müqavilə imzalasa da, həmin siyahıda hələlik Staroviç yoxdur.

 

Artıq ölkəmizə öyrəşdiyini bildirən voleybolçu hər şeyə tezliklə aydınlıq gələcəyini bildirib: “Hələ mövsüm davam edir. Bunun üçün indidən müqavilədən danışmaq tezdir. Bu vaxt ərzində hər şeyə aydınlıq gələcək”.

 

Qeyd edək ki, “Rabitə” ilə Çempionlar Liqasının 2 gümüş və 1 bürünc medalını da qazanan Staroviç son zamanlar daha çox ehtiyatda qalır.