“Rabitə”nin məğlub etdiyi komanda adaşına qalib gəldi
06.12.2014 - 00:25
Qadın voleybolçular arasında Rusiya çempionatında VI turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının qrup mərhələsində “Rabitə”nin rəqibi olan “Dinamo” da növbəti matçını keçirib.
Kazan klubu səfərdə Moskva “Dinamo”su ilə qarşılaşıb. Görüşdə rəqibimiz 1:3 (22:25; 25:23; 18:25; 25:27) hesabı ilə qələbəyə sevinib.
Qeyd edək ki, “Rabitə” Çempionlar Liqasının qrup mərhələsinin II turunda “Dinamo”nu evə məğlub yola salmışdı – 3:2.
0
0