“Rabitə”yə uduzdu, komandadan qovulur
17.03.2014 - 15:14
“Rabitə”yə uduzdu, komandadan qovulur

Bakıda keçirilən qadın voleybolçular arasında Çempionlar Liqasının “Dördlər finalı” “Əczaçıbaşı”nın baş məşqçisi Lorenzo Miçelliyə baha başa gəlib. Apasport.az saytının məlumatına görə, 4 ildir İstanbul təmsilçisini çalışdıran italiyalı mütəxəssis mövsümün sonunda komandadan göndəriləcək.

 

Belə ki, yarımfinalda “Vakıfbank”a, ardınca üçüncü yer uğrunda görüşdə “Rabitə”yə məğlubiyyəti “Əczaçıbaşı” rəhbərliyi “həzm” edə bilməyib. Onlar Bakını tərk edər-etməz bildiriblər ki, Miçelli ilə yeni müqavilə bağlanmayacaq və o, mövsümün sonunda postundan ayrılacaq.

 

Qeyd edək ki, “Əczaçıbaşı” “Vakıfbank”a 3:1, “Rabitə”yə 3:0 hesabı ilə məğlub olub. 

0