“Mənə məğlubiyyət barədə danışmaq çox çətindir. Öz oyunumuzu göstərə bilmədik”. Apasport.az saytının məlumatına görə, bunu “Rabitə”nin voleybolçusu Sanya Staroviç deyib.
Bakı təmsilçisinin kapitanın Çempionlar Liqasının yarımfinalında Kazan “Dinamo”suna 0:3 hesablı məğlubiyyətin səbəbini açıqlayıb: “Sadəcə, alınmadı. Biz də yerli azarkeşlərə sevinc bəxş etmək istəyirdik. Amma rəqib daha səhvsiz oynayıb finala vəsiqə qazandı”.
Staroviç bildirib ki, sabah üçüncü yer uğrunda görüşdə əsas məqsədləri qalib gəlmək olacaq: “Dinamo” ilə görüşdəki səhvlərimizin üzərində işləyib, sabah bundan nəticə çıxarmağa çalışacağıq”.
Qeyd edək ki, “Rabitə” üçüncü yer uğrunda “Vakıfbank”a uduzan “Əczaçıbaşı” ilə oynayacaq.