“Srvena Zvezda” Bakı klubu ilə oynayacağı tarixi açıqladı
29.11.2014 - 14:17
“Srvena Zvezda” Bakı klubu ilə oynayacağı tarixi açıqladı

Bakının “Lokomotiv” voleybol klubunun CEV kubokunun 1/8 final mərhələsindəki ilk matçının vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Serbiyanın "Srvena Zvezda" komandası Super Liqanın liderini dekabrın 11-də qəbul edəcəyini açıqlayıb.

 

Görüşün Bakı vaxtı ilə saat 21:00-da start götürəcəyi nəzərdə tutulub.

 

Qeyd edək ki, tərəflər arasında cavab görüşü dekabrın 16-18-i arası paytaxtımızda baş tutacaq. “Lokomotiv” bugünlərdə dəqiq tarixi açıqlayacaq.