“Uraloçka” məğlubiyyətlərdən birinin əvəzini çıxdı
03.09.2014 - 08:25
Dünya çempionatına hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan millisi daha bir yoxlama matçında gücünü sınayıb. Apasport.az saytının məlumatına görə, Faiq Qarayevin yetirmələri Bakıda qonaq olan Rusiya “Uraloçka” ilə 4-cü dəfə üz-üzə gəliblər.
İlk 3 görüşdə qələbə qazanan (3:0, 3:0, 3:1) voleybolçularımız bu dəfə məğlubiyyətə üzülüblər. Gənc heyətlə oynayan komandamız 1:3 hesabı ilə uduzublar.
0
0