Bakıda başa çatan qadın voleybolçular arasında Çempionlar Liqasının simvolik yığması açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Rabitə”nin bürünc medal qazandığı yarışın 8 nominasiyasında 2 oyunçumuz Avropanın ən yaxşısı adını qazanıb.
Belə ki, Bakı klubunun oyunçusu Nutsara Tomkom çempionatın ən yaxşı toppaylayıcısı seçilib. Komandamızın digər üzvü Brenda Kastillo isə qitənin ən yaxşı liborosu adına layiq görülüb.
Digər nominasiyalarda – Yekaterina Qamova (Dinamo) həm ən dəyərli voleybolçu, həm də bombardir, Karolina Kostaqrande (Vakıfbank) ən yaxşı müdafiəçisi, Neslihan Demir (“Əczaçıbaşı”) ən yaxşı hücumçusu, Yordan Larson (“Dinamo”) ən yaxşı blokçusu və Antonella Del Kore (Dinamo) ən yaxşı top qəbuledici olub.
Fair-play mükafatı isə Aydəmir Akyola (Vakıfbank) təqdim olunub.
Qeyd edək ki, Çempionlar Liqasının qalibi “Vakıfbank”a 3:0 hesabı ilə qalib gələn Kazan “Dinamo”su olub.