[b]“Azəryol” növbəti qələbə, “Rabitə” qisas arzusunda[/b]
13.01.2015 - 17:44
[b]“Azəryol” növbəti qələbə, “Rabitə” qisas arzusunda[/b]

Bakının “Rabitə” və “Azəryol” klubları 2015-ci ilin ilk avrokubok sınağına çıxacaq. Apasport.az saytının məlumatına görə, Azərbaycan Super Liqasının qalibi yeni ildə Çempionlar Liqasının ilk matçında Çexiyanın “Agel” klubunu qəbul edəcək, gümüş mükafatçısı “Azəryol” Rumıniyanın “Ştiinta” komandasının qonağı olacaq.

 

IV tur çərçivəsində keçiriləcək oyunlarda ilk olaraq meydana Aleksandr Çervyakovun yetirmələri çıxacaqlar. Türkiyədə təlim-məşq toplanışından birbaşa Bakauya yollanan “Azəryol”un ilə qələbə ilə başlayacağını proqnozlaşdırmaq olar.

 

Çünki İstanbulda “Qloriya kubok”unun bürünc medalını qazanan komandada əhval-ruhiyyə yüksəkdi və əsas məqsədləri Bakıda olduğu kimi Rumıniyada da 3 xala yiyələnməkdi. “Azəryol” bu istəyini həyata keçirəcəyi halda pley-off arzusuna 1 addım da yaxınlaşacaq.

 

Hazırda 2-ci pillədə qərarlaşan təmsilçimiz xal itirəcəyi halda da mövqeyini qoruya bilər. Çünki qrupumuzun digər görüşündə “Nant”ı (Fransa) qəbul edəcək “Fənərbaxça”nın (Türkiyə) asan qələbə qazanacağı gözləniləndi.  

 

 

“Azəryol”dan fərqli, “Rabitə” Çempionlar Liqasında mövsümün 4-cü görüşünü yanvarın 15-də keçirəcək. Matç Dejan Brdjoviçin yetirmələri üçün xüsusi əhəmiyyət kəsb edir. İlk dövrənin son matçında səfərdə rəqibinə tay-brekdə uduzan “Rabitə” bu dəfə revanş arzusundadı.

 

Son illərin dəyişməz Azərbaycan çempionunun bunu bacaracağına ümidlər böyükdü. Onlar yeni ilə qələbə ilə başlayıb, əvvəlki gücünü qaytarmaq istəyindədi.

 

“Agel”in də cavab oyununda müqavimət göstərəcəyi inandırıcıdı. Rəqibimiz ilk görüşdə təsadüfi qələbə qazanmadığını sübuta yetirməyə çalışacaq. Lakin “Agel”in indiyə kimi “Rabitə”yə səfərdə qalib gəlmədiyini nəzərə alsaq, Dejan Brdjoviçin yetirmələri aşkar favoritdilər.  

 

Bu qələbə “Rabitə”nin növbəti mərhələ şanslarını da xeyli artıracaq. Çünki IV turda Rusiya çempionu “Dinamo”nu (Kazan) qəbul edəcək Polşa “Ximik”inin doğma divarlar arasında 3 xala yiyələnəcəyi gözlənilir. Nəticədə “Rabitə” “Agel”ə qalib gəldikdən sonra qrup ikinciliyi uğrunda məhz şimal qonşularımızla münasibətinə aydınlıq gətirəcək. Komandamızın “Ximik”lə Bakıda da oyununu nəzərə alsaq, həmişəki kimi mərhələ adlayacağını söyləmək mümkündü. Bunun üçün isə ilə qələbə ilə başlayıb, bunu davam etdirmək lazımdı.

 

Çempionlar Liqası

IV tur

14 yanvar

B qrupu

19:00. “Şiitinta” (Rumıniya) - “Azəryol” (Azərbaycan)

Hakimlər: Pavel Burkyevij (Polşa), Nikolay Xijnikov (Rusiya)

Bakau, İdman Sarayı

 

Yer

Komanda

O

Q

M

3:0

3:1

3:2

2:3

1:3

0:3

S

T

X

1.

Fənərbaxça

3

3

0

2

1

0

0

0

0

9-1

244-181

9

2.

Azəryol

3

2

1

1

0

1

0

1

0

7-5

265-253

5

3.

Nant

3

1

2

1

0

0

1

0

1

5-6

227-234

4

4.

Ştiinta

3

0

3

0

0

0

0

0

3

0-9

161-227

0

 

B qrupu

15 yanvar

17:00. “Rabitə” (Azərbaycan) – “Agel” (Çexiya)

Hakimlər: Salviss Kurtiss (Latviya), Mixaylo Medved (Ukrayna)

“Sərhədçi” Olimpiya Mərkəzi

  

Yer

Komanda

O

Q

M

3:0

3:1

3:2

2:3

1:3

0:3

S

T

X

1.

Ximik

3

2

1

2

0

0

1

0

0

8-3

247-232

7

2.

Dinamo Kazan

3

 2

1

1

0

1

1

0

0

8-5

291-270

6

3.

Rabitə

3

1

2

0

0

1

1

0

1

5-8

279-288

3

4.

Agel

3

1

2

0

0

1

0

0

2

3-8

231-258

2