Bakının “Azəryol” voleybol klubu Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi bu uğura qrup mərhələsinin başa çatmasına 1 tur qalmış imza atıb.
Aleksandr Çervyakovun yetirmələri V tur çərçivəsində “Fənərbaxça”ya 0:3 hesabı ilə uduzsalar da, əsas izləyicisi – “Nant”ının xal itirməsi işinə yarayıb.
Belə ki, Rumıniyada “Ştiinta”nın qonağı olan Fransa təmsilçisi qələbəyə həsrət rəqibinə ciddi müqavimət göstərə bilməyib və 1:3 (20:25; 14:25; 25:16; 19:25) hesabı ilə məğlub olub. Nəticədə son turda qarşılaşacağı “Azəryol”dan 4 xal geri düşən “Nant” son oyunun hesabından asılı olmayaraq, komandamızın pley-offda mübarizəni davam etdirməsini rəsmiləşdirib.
Qrupda üçüncü yerin sahibi – CEV kubokuna enəcək klubun adına isə son turda aydınlıq gələcək.
Qeyd edək ki, artıq B qrupunda 1-ci yeri özünə təmin edən “Fənərbaxça”nın IV turda mərhələ adlaması dəqiqləşmişdi.
Yer |
Komanda |
O |
Q |
M |
3:0 |
3:1 |
3:2 |
2:3 |
1:3 |
0:3 |
S |
T |
X |
1. |
Fənərbaxça |
5 |
5 |
0 |
4 |
1 |
0 |
0 |
0 |
0 |
15-1 |
395-283 |
15 |
2. |
Azəryol |
5 |
3 |
2 |
2 |
0 |
1 |
0 |
1 |
1 |
10-8 |
399-383 |
8 |
3. |
Nant |
5 |
1 |
4 |
1 |
1 |
0 |
1 |
0 |
2 |
6-12 |
348-400 |
4 |
4. |
Ştiinta |
5 |
1 |
4 |
0 |
1 |
0 |
0 |
0 |
4 |
3-13 |
306-382 |
3 |