[b]“Azəryol”da 2 yeni sima[/b]
04.03.2014 - 10:48
[b]“Azəryol”da 2 yeni sima[/b]

Çempionlar Liqasında və CEV kubokunda biabırçı nəticə “Azəryol” rəhbərliyini hərəkətə gətirib. Apasport.az saytının məlumatına görə, avrokubokla vidalaşan komanda Super Liqada uğursuzluğu sığortalamaq üçün 2 transfer reallaşdırıb.

 

Bakı təmsilçisi millimizin liberosu Ceyran Əliyeva və braziliyalı blokçu Fernanda İsisi rənglərinə bağlayıb. Onların hər ikisi ən azı maya qədər “Azəryol”un şərəfini qoruyacaq.

 

19 yaşlı Əliyeva komandanın ehtiyat qüvvəsini təşkil edən “Azərreyl”dən gəlib. Perspektivli voleybolçumuz hər oyunda səhvləri ilə yadda qalan almaniyalı Lisa Tomsenlə rəqabət aparacaq.

 

Digər transfer isə Braziliyadandır. Amerikalı Cessika Consun zədə səbəbindən mövsümü boşa verəcəyi bilindiyindən İsislə müqavilə bağlanılıb. 183 sm boya malik 30 yaşlı blokçu “Barueri”dən gəlib. Karyerası ərzində yalnız vətənində oynayan Fernanda 2 dəfə Braziliya çempionu və 1 dəfə ölkə kubokunun sahibi olub.