Azərbaycan Super Liqasının gümüş mükafatçısı “Azəryol” Türkiyədə beynəlxalq turnirdə çıxışını başa vurub. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi “Qloriya kuboku”nda sonuncu görüşünü Sloveniya “Maribor”una qarşı keçirib.
İlk 2 qarşılaşmada “Vakıfbank” (Türkiyə) və “Volero”ya (İsveçrə) 1:3 hesabı ilə uduzan “Azəryol” qisasını balkanlılardan çıxıb. Aleksandr Çervyakovun komandası “Maribor”u 3:0 hesabı ilə darmadağın edərək, turniri 3-cü yerdə bitirib.
“Qloriya kuboku”ın qalibi adına isə ilk 2 turu qələbə ilə başa vuran “Vakıfbank”la “Volero” aydınlıq gətirəcək. Bu klubların duelinə Bakı vaxtı ilə saat 18:30-da start veriləcək.
5 yanvar
AZƏRYOL (AZƏRBAYCAN) – MARİBOR (SLOVENİYA) 3:0 (25:16, 25:18, 25:9)