[b]“Azəryol”la yoluna davam edənlər[/b]
29.01.2015 - 10:11
[b]“Azəryol”la yoluna davam edənlər[/b]

Qadın voleybolçular arasında Çempionlar Liqasının pley-off mərhələsinin bütün iştirakçılarının adı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Bakının “Azəryol” klubunun da mübarizəni davam etdirəcəyi yarışda “13-lük” müəyyənləşib.

 

Belə ki, Aleksandr Çervyakovun yetirmələri ilə yanaşı, A qrupundan “Ximik” (Polşa), “Dinamo” (Rusiya, Kazan), “Agel” (Çexiya), B qrupundan “Fənərbaxça”, C qrupundan “Dinamo” (Rusiya, Moskva), “Yamamay” (İtaliya), “Drezdner” (Almaniya), D qrupundan “Əczaçıbaşı” (Türkiyə), “Volero” (İsveçrə), E qrupundan “Vakıfbank” (Türkiyə), “Pyaçentsa” (İtaliya) və “Kann” (Fransa) pley-offda oynamaq hüququ qazanıblar. Bu klublardan biri “Dördlər finalı”na ev sahibliyi edəcəyindən digər 12 komanda 2 pley-off mərhələsində yarımfinalın 3 iştirakçısını müəyyənləşdirəcək.

 

Pley-off mərhələlərinin püşkü isə bu gün Lüksemburqda atılacaq. 1/6 finalın ilk oyunları fevralın 10-12-si tarixlərində, cavab görüşləri isə 1 həftə sonra oynanılacaq.