[b]“Dinamo” Bakıdakı məğlubiyyətin əvəzini “Uraloçka”dan çıxdı[/b]
02.12.2014 - 09:32
Qadın voleybolçular arasında Rusiya Superliqasında V turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Çempionlar Liqasında “Rabitə”nin rəqibi olan Kazan “Dinamo”su “Uraloçka”nı qəbul edib.
Görüş Tatarıstan təmsilçisinin asan qələbəsi ilə yekunlaşıb. Ötən həftə Bakıda 2:3 hesabı ilə uduzan “Dinamo” heyfini “Uraloçka”dan alıb - 3:0 (25:22; 25:21; 25:18).
Bu qələbə Kazan təmsilçisinin 3-cü pillədə qalması üçün kifayət edib. Aktivində 13 xalı olan komanda lider Moskva “Dinamo”sundan 2 xal geri qalır.
0
0